AZ

Öz-özünə danışan insanlar dəli sayılır?

İnsanların öz-özü ilə danışması çox vaxt düşündüyümüz kimi “dəlilik” əlaməti olmur.

Psixoloqlar bildirirlər ki, bir çox insan gün ərzində beynindəki fikirləri səsli şəkildə ifadə edir və bu, beynin düşüncələri nizamlama üsullarından biridir.

Xüsusilə tək qalan, çox düşünən, stress yaşayan və ya emosiyalarını daxilində saxlayan insanlarda bu davranış daha çox görünə bilər.

“Cebheinfo.az”-ın araşdırmasına görə, insanın öz-özü ilə danışmasının bir neçə əsas səbəbi var. Bəzən bu, beynin diqqəti toplamaq üsuludur. İnsan hansısa işi görərkən özü ilə danışaraq beynini fokuslamağa çalışır.

Məsələn, “indi bunu etməliyəm”, “açar hardadır?” kimi cümlələr beynin düşüncəni təşkil etməsinə kömək edir. Digər tərəfdən, çox stress və tənhalıq yaşayan insanlar daxilindəki gərginliyi azaltmaq üçün özləri ilə danışa bilirlər. Bu, bir növ daxili emosional boşalma kimi işləyir.

Bəzi hallarda insan beynindəki düşüncələri susdura bilmədiyi üçün onları səsə çevirir. Xüsusilə gecələr çox düşünən, keçmiş söhbətləri beynində təkrar yaşayan və ya narahatlıq problemi olan insanlarda bu daha çox müşahidə edilir.

Öz-özü ilə danışmaq bəzən insanın özünü sakitləşdirmə üsuluna çevrilir. Hətta bəzi araşdırmalar göstərir ki, özünə motivasiya verən şəkildə danışmaq insanın qərarverməsini və stresslə mübarizəsini yaxşılaşdıra bilər.

Amma bu davranış hər zaman normal olmaya da bilər. Əgər insan olmayan səslərlə danışırsa, reallıq hissini itirirsə, daim aqressiv və ya nəzarətsiz davranırsa, bu zaman psixoloji yardım lazım ola bilər. Yəni əsas fərq insanın reallığı dərk edib-etməməsidir.

Cəmiyyətdə isə öz-özü ilə danışan insanlara çox vaxt səhv yanaşılır. Kənardan qəribə göründüyü üçün insanlar dərhal “dəli” damğası vururlar. Halbuki bəzən həmin insan sadəcə çox düşünür, içində yığılan stresslə mübarizə aparır və ya özünü sakitləşdirməyə çalışır.

Qeyd edək ki, belə insanlarla davranarkən onları lağa qoymaq, videoya çəkmək və ya alçaltmaq düzgün deyil. Ən doğru yanaşma sakit və normal münasibət göstərməkdir.

Əgər insanın vəziyyəti ağır görünürsə, onu qorxutmadan yaxınlarının və ya mütəxəssisin dəstəyinə yönləndirmək daha faydalıdır. Bəzən insanların ən çox ehtiyac duyduğu şey sadəcə onları mühakimə etmədən dinləyən birinin olmasıdır.

Seçilən
80
13
cebheinfo.az

10Mənbələr