Volqoqrad vilayətindəki kimya zavodunda dron hücumundan sonra yanğın baş verib.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, Voljskidəki kimya zavodunda baş verən yanğınlara dron düşməsi səbəb olub. Volqoqradın cənubundakı yanacaq-enerji müəssisələrində də yerli yanğınlar qeydə alınıb. Bütün yanğınlar söndürülüb. Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.