AZ

Polşa ibtidai məktəblərdə smartfonların qadağan edilməsini nəzərdən keçirir

BAKI, 29 may. TELEQRAF

Polşa hökuməti yaxın günlərdə ibtidai məktəblərdə (birinci sinifdən səkkizinci sinifə qədər) mobil telefonlardan istifadənin qadağan edilməsi təklifini nəzərdən keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

Tusk bildirib ki, yaxın günlərdə ibtidai məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən qanun layihəsi Nazirlər Şurasına təqdim ediləcək.

Fevralda respublikanın təhsil naziri Barbara Novatska 15 yaşdan kiçik uşaqların zehni qabiliyyətlərinin zəifləməsi səbəbindənsosial mediadan istifadənin qadağan edilməsi yönündə hökumətin planlarını açıqlamışdı. Onun sözlərinə görə, qanun layihəsi yaş yoxlaması üçün məsuliyyəti platformaların üzərinə qoyur. Xidmətlər uşaqlar üçün əlçatan qalacağı təqdirdə onlar üçün cərimələri nəzərdə tutur. Nazir qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minəcəyini istisna etməmişdi.

Seçilən
35
teleqraf.com

1Mənbələr