Bu gün Türkiyədə İstanbulun fəthinin 573-cü ildönümü şəhər daxilində müxtəlif tədbirlərlə qeyd olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu tədbirlər çərçivəsində Bəyazid meydanından Ayasofya meydanına qədər "Fəth yürüşü" keçirilib.
Yürüşdə İstanbul valisi Davut Gül, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini Nuri Aslan, 1-ci Ordu komandanı general Bəxtiyar Ersay, İstanbul Polis rəisi Selami Yıldız, İstanbul Vilayət Jandarma Komandiri general-leytenant Yusuf Kenan Topçu, AK Partiya Vilayət sədri Abdullah Özdemir və İstanbul sakinləri iştirak ediblər.
Bəyaziddə toplaşan iştirakçılar, atlı polis və “Yeniçəri” orkestrinin rəhbərliyi ilə türk bayraqları ilə Ayasofya meydanına doğru yürüş ediblər.
İştirakçılar “Yeniçəri” orkestrinin çıxışı zamanı yürüşlərə qoşularaq mahnı oxuyublar. Yürüşdə bir çox xarici turist də iştirak edərək foto və video çəkib.
Yürüş zamanı üzərində "İstanbulun fəthinin 573-cü ildönümü mübarək" və "Fatihin İstanbulu fəth etdiyi zamanla yaşıdınız" yazılı bannerlər nümayiş etdirilib.
Ayasofya meydanında çıxış edən İstanbul valisi Davud Gül İstanbulun fəthinin 573-cü ildönümünü və Qurban bayramını qeyd edib.
Gül şəhərin bütün komponentləri ilə fəth ruhunu yaşamaq və yaşatmaq üçün bir sıra tədbirlər keçirdiklərini bildirib:
"Ayasofya fəthin, müstəqilliyimizin simvolu və əsrlər boyu dayanan müqəddəs bir məbəddir".
O, həyatda heç bir şeyin təsadüf olmadığını vurğulayaraq deyib:
"21 yaşlı Fatih Sultan Mehmet Xan bu şəhəri fəth edəndə onun arxasındakılara da baxmalıyıq. Ordumuz mübarək bir ordu, komandirimiz mübarək bir komandir idi. Bu ordu təkcə bu şəhəri fəth etməklə kifayətlənməyib, həm də sonrakı hərəkətləri ilə bir dövrün sonu və digərinin başlanğıcı üçün sülh, qardaşlıq, azadlıq və elm və biliyin azadlığı ilə yol açıb.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik. O gündən bu günə qədər bu torpaqlar üçün canlarını fəda edən Fatih Sultan Mehmed və onun qalib ordusundan başlayaraq şəhidlərimizə Allahdan rəhmət diləyirik. Həmçinin Ayasofyanı əvvəlki vəziyyətinə qaytaran Prezidentimizə minnətdarlığımı bildirirəm".
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı qılmaq üçün Ayasofya Böyük Məscidinə gəlib. Artıq Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzinin bağçasında keçirilən "İstanbulun fəthindən qəlblərin fəthinə: Bayramlaşma və Fəth proqramı"nda çıxış edir.