AZ

Belarus 1960 cı illərdən süni intellektin öyrənilməsi ilə məşğuldur Lukaşenko

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Beşinci Avrasiya İqtisadi Forumu zamanı Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, ölkəsi 1960-cı illərdən bəri süni intellektin öyrənilməsi və inkişafı ilə məşğuldur.

Yeniavaz.com “Biznes Media”ya istinadən xəbər verir ki, Lukaşenko bu tendensiyanı Minskdə Texniki Kibernetika İnstitutunun yaradılması dövrü ilə əlaqələndirib və Belarusun onilliklərdir öz intellektual məktəbini formalaşdırdığını vurğulayıb.

Onun sözlərinə görə, ölkə bu potensialı hətta Sovet İttifaqının dağılması dövründə də qoruyub saxlayıb və MDB-də ilk İT parkları onun təşəbbüsü ilə yaradılıb.

Bundan əlavə, Lukaşenko qeyd edib ki, ölkələr süni intellekt (Sİ) “təhlükəli” bir texnologiya olduğundan, onun inkişafına son dərəcə ehtiyatla yanaşmalıdırlar və məhz buna görə də Belarus Sİ modellərini ictimaiyyətə təqdim etməyə tələsmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
yeniavaz.com

1Mənbələr