Niderland hakimiyyəti amerikalı reper Kanye Uestin ölkədə iki konsert keçirməsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, reperin iyunun 6 və 8-də Arnhem şəhərində yerləşən GelreDome stadionunda çıxışı planlaşdırılır. İcazəni Arnhem meri Ahmed Markuş verib.
Şəhər rəhbəri Kanye Uestin antisemit açıqlamalarını “iyrənc və qınanılası” adlandırsa da, qərarın şəxsi və ya ictimai narazılıq əsasında verilə bilməyəcəyini vurğulayıb.
“Konsertə icazə verilməsi ilə bağlı qərar yalnız şəxsi və ya ictimai qınağa əsaslana bilməz”, - deyə mer bildirib.