AZ

Gecə Bakıda ildırım çaxacaq, leysan olacaq XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.Milli Hidrometeorologiya Xidmətinin Demokrat.az-a verdiyi məlumata görə, mayın 30-u gecə və axşam saatlarında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə prosesin intensiv xarakter alacağı və şimşək çaxacağı gözlənilir.Respublikanın rayonlarında qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə yağıntıların güclü olacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi barədə xəbərdarlıq edilib.Hava şəraitinin dəyişməsi ilə əlaqədar temperatur ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
demokrat.az

2Mənbələr