AZ

İsrail ordusu bu şəhərə daxil oldu

İsrail ordusunun bölmələri Livanın cənubundakı Dibbin şəhərinə daxil olub.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri intensiv artilleriya atəşinin müşayiəti ilə Dibbin şəhərində Hizbullah qruplaşmasına qarşı təmizləmə əməliyyatına başlayıb.

Litani çayının şərqində yerləşən bu şəhərin nəzarətə götürülməsi İsrail ordusuna Livanın cənub-şərq sektorunu strateji yüksəklikdən idarə etmək imkanı verəcək.

Eyni zamanda, İsrailin "Egoz" elitar xüsusi təyinatlı bölməsi Yoxmur, Arnun və Mayfadun yaşayış məntəqələri arasındakı üçbucaqda əməliyyatları davam etdirir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Livanın cənubunda hərbi əməliyyatları genişləndirdiyini və strateji rayonları nəzarətə götürdüyünü bəyan edib.

Seçilən
21
turkustan.az

1Mənbələr