AZ

Tramp İranla bağlı şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp İrana hücumların bərpası üçün şərtini açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Donald Tramp bu barədə “Fox News”-a müsahibəsində danışıb.

Tramp xəbərdarlıq edib ki, əgər razılaşma üzrə əlverişli şərtlər əldə olunmazsa, ABŞ yenidən İrana hücum edəcək.

O, danışıqlarda bütün kartların amerikalıların əlində olduğunu vurğulayıb.

“Mən danışıqlar aparıram, onlar da danışıqlar aparırlar. Onlar çox hiyləgər və bacarıqlı danışıqlar aparırlar. Amma sonda bütün kartlar bizdədir”, - deyə Tramp əlavə edib. 

Seçilən
47
cebheinfo.az

1Mənbələr