“Barselona”nın hücumçu Markus Reşfordla bağlı qərar vermək üçün iki həftəsi var.
Publika.az xəbər verir ki, rəhbərlik 15 iyun tarixinə qədər hücumçunun “Mançester Yunayted”dən satın alma bəndini aktivləşdirib-aktivləşdirməmək barədə qərar verməlidir. Bu barədə BBC jurnalisti Saymon Stoun sosial mediada məlumat verib.
Mənbə vurğulayır ki, Entoni Qordonun “Barselona”ya gözlənilən transferi klubun Markusla bağlı qərarına təsir göstərməyəcək. 2025/2026 mövsümündə Reşford “Barselona”nın heyətində bütün turnirlərdə 48 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.