AZ

DƏHŞƏT:Körpü uçdu -Çox sayda ölən var

Hindistanın Uttar Pradeş ştatında tikilməkdə olan körpünün güclü fırtına zamanı uçması nəticəsində 6 fəhlə ölüb.

Betva çayı üzərində inşa edilən körpüdə işlər davam etdiyi vaxt bölgədə güclü yağış və fırtına başlayıb.

Səlahiyyətlilər tikilməkdə olan körpünün məhz şiddətli fırtına səbəbindən çökdüyünü bildiriblər. Hadisə nəticəsində 6 işçi ölüb.

Polis rəsmisi Arvind Kumar Verma jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerinə təcili yardım və xilasedici qruplar göndərilib. Onun sözlərinə görə, dağıntılar altında qalan daha üç işçinin xilas edilməsi istiqamətində əməliyyat davam edir.(lent.az)

Seçilən
19
musavat.com

1Mənbələr