AZ

Dünyanın ən varlı ailələri dollardan imtina edir

UBS hesabatıına görə milyarder ailələr dollara etimadını itirir…

Poliqon xəbər verir ki, Reuters Agentliyinin yaydığı UBS Group AG hesabatına görə, dünyanın zəngin ailələrinin aktivlərini idarə edən ofislərin təxminən yarısı dollar investisiyalarını həddindən çox hesab edirlər.

Hesabatda qeyd olunur ki, bu ailə ofislərinin üçdə ikisi yaxın bir il ərzində ABŞ valyutasının daha da zəifləyəcəyini gözləyir. Həmin fondlar bu səbəbdən infrastruktura, Asiya-Sakit Okean regionunun inkişaf etməkdə olan bazar səhmlərinə və Qərbi Avropada daşınmaz əmlaka yatırımları artırmağı planlaşdırır.

Hesabatda qeyd edilir ki, strateji dəyişiklik ixüsusi iri investorların dolların perspektivlərinə qarşı artan ehtiyatlılığını və ABŞ valyutasının gözlənilən ucuzlaşması fonunda aktivləri şaxələndirmək istəyini əks etdirir.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr