AZ

Evdə ağcaqanadlardan qorunmağın ən effektiv yolu açıqlandı

Mənzili ağcaqanadlardan təmizləməyin ən yaxşı üsulu mexaniki maneələr və buxarlandırıcı cihazların birgə tətbiqidir. Entomoloq Roman Xryapin bu bezdirici həşəratlardan xilas olmağın ən etibarlı yollarını sadalayıb.

O bildirib ki, ağcaqanadlar artıq evə daxil olubsa, onlarla mübarizədə elektrofumiqatorlar ən təsirli vasitədir. Bu cihazlar havaya xüsusi maddələr (piretroidlər) buxarlandıraraq həşəratları zərərsizləşdirir və onların dişləməsinin qarşısını alır.

Həşəratların evə girməməsi üçün isə ən etibarlı üsul pəncərələrə torların (moskit setkası) quraşdırılmasıdır. Mütəxəssis bu mexaniki maneəni qorunma sisteminin əsası hesab edir.

Qeyd edək ki, isti havaların başlaması ilə bəzi bölgələrdə ağcaqanadların kütləvi artımı müşahidə olunur. Hətta bəzi çoxmərtəbəli binaların pəncərə altlıqlarında minlərlə həşəratın toplandığı görüntülər yayılıb ki, bu da evlərin düzgün mühafizə olunmasını daha da zəruri edir.

İsmayıl
Demokrat.az
Seçilən
50
demokrat.az

1Mənbələr