AZ

AÇ: Azərbaycan millisi İtaliyanı məğlub etdi

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya ilə qarşılaşıb.

"Tipos Arena"da reallaşan görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 6-ya çatdıran komandamız pley-offa vəsiqəni təmin edib.

Təmsilçimiz dünən ilk tur çərçivəsində Avstriyanı 1:0 hesabı ilə yenibsə, İtaliya  Fransa ilə qolsuz bərabərliyə razılaşıb.

Qeyd edək ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Seçilən
5
1
fanat.az

2Mənbələr