AZ

Taylor Sviftin konsertinə terror hücumu planlaşdıran şəxsə 15 il həbs verildi FOTO

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya şöhrətli müğənni Taylor Sviftin 2024-cü ildə Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlaşdırılan “Eras” turnesi konsertlərinə terror hücumu hazırlayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib.

Sherg.az xəbər verir ki, 21 yaşlı Beran A. adlı şübhəli 2024-cü ilin avqustunda keçiriləcək konsertlərə qarşı cihadçı hücum planlaşdırdığını etiraf edib.

Prokurorluğun məlumatına görə, radikal qruplaşma ilə əlaqəli olan şəxs qanunsuz yollarla silah əldə etməyə çalışıb.

Məhkəmə psixiatrı isə təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəlik əlamətinin aşkarlanmadığını və radikallaşmasının psixi səbəblərlə izah olunmadığını bildirib.

Avstriyanın məxfilik qanunlarına görə tam adı açıqlanmayan şəxs Məkkədə planlaşdırılan digər terror cinayətlərini də etiraf edib və məhkəmədən üzr istəyib.

Qeyd edək ki, təhlükə ilə bağlı xəbərdarlıqdan sonra Vyanadakı Ernst Happel stadionunda keçirilməsi nəzərdə tutulan üç konsert ləğv edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr