"Araz Naxçıvan" ötən mövsümə damğasını vurmağı bacarmışdı.
Elmar Baxşıyevi rəhbərliyi altında klub bürünc medal qazandı.
Konfrans Liqasında "Aris" kimi güclü rəqibi mübarizədən kənarlaşdırmaq mümkün oldu.
Amma uğurun davamını yeni mövsüm gətirmək mümkün olmadı.
Əslində Baxşıyevlə hər şey yenə yolunda gedirdi. Qış fasiləsinə yollananda "Araz" ikinci pillədən cəmi 2 xal geri qalırdı. Belə məqamda onu istefaya göndərib, yerinə Andrey Demçenko gətirildi.
Elə nə oldusa da məhz bundan sonra oldu. Ardıcıl məğlubiyyətlər qeydə alındı. Autsayderlərlə matçlarda yersiz xallar itirildi.
Ukraynalı mütəxəssis sistemi dəyişdi, yeni oyun modelinə keçdi. Buna uyğunlaşmaq zaman aldı. Heç mövsümün sonuna qədər mümkün də olmadı. Nəticədə hər şey əldən çıxdı.
İkinci pillə ilə xal fərqi nə az, nə çox 23-ə qədər yüksəldi.
Geridən gələn "Neftçi" 13 xal önə çıxaraq 4-cü pilləni tutdu.
Beləcə Muxtar Respublika təmsilçisi Avropa səhnəsindən kənardan qaldı.
Məncə, burada ən böyük günahkar futbolçular yox, qış fasiləsində Elmar Baxşıyevi Andrey Demçenko ilə dəyişən başdı.
Kimin ağlının məhsuldur bilmirəm, amma zaman göstərdi ki, çox yersiz qərar imiş. Bu da "bəhrəsi"!
XANOĞLAN/ SPORTİNFO.AZ