İslam dünyasında müqəddəs Qurban bayramının son günüdəyik. Dünyanın müxtəlif ölkələrində 3 gün ərzində qurbanlıqlar kəsilməkədir. Lakin buna baxmayaraq dünyanın müxtəlif ölkələrində qurbanlığı kəsilməsinə şərtlər daxilində məhdudiyyətlər qoqiyulur, yaxud da tamamailə qadağan olunur. Bəzi ölkələr qurbanlığı yalnız sərt şərtlər daxilində kəsilməsinə razılıq verir. Amma elə ölkələr isə tamamilə qadağan edib.
Ölkə.az xəbər verir ki, İslamda qurban kəsiləcək heyvanın kəsim zamanı diri olması və ölümünün kəsimin özünün nəticəsi olması bildirilir.
Qurbanlığı kəsilməsinin qadağan edildiyi ölkələr arasında müsəlman ölkəsi də var.
Qurbanlıq heyvanın kəsilməsinin ənənəvi üsulu əsasən heyvanın əzabını minimuma endirməkdir.
Odur ki, qurbanlıq üçün heyvanlaırn kəsilməsini qadağan olunduğu və ya şəraitlərdən asılı olan ölkələr aşağıdakılardır.
1.Müəyyən şərtlər və məhdudiyyətlə daxilində qurbanlığın kəsilməsini qadağan edən ölkələr aşağıdakılardır: Almaniya, Finlandiya, Fransa, Belçika, İslandiya, Yunanıstan, Latviya, Estoniya, Slovakiya və Lixtenşteyndir.
2. Qurbanlığı tam qadağan edildiyi ölkələr: Sloveniya, Danimarka, İsveç, Norveç, Hindistan, İsveçrə və islam ölkəsi olan Mərakeş.
Qeyd edək ki, Mərakeş iqtisadi böhrana görə ölkədə qurbanlığın kəsilməsini qadağan edib.
Mərakeşdə iqtisadi çətinliklər və quraqlıq səbəbindən 2025-ci ildə özəl heyvandarlıq bazarları bağlanıb və bütün əlaqəli kommersiya fəaliyyətləri tamamilə dayandırılıb.
Mərakeş Kralı VI Məhəmməd bəyan edib ki, Qurban simvolik olaraq xalq adından təqdim ediləcək.
Mərakeş kralı 2025-ci ildə dini öhdəlikləri yüngülləşdirmək vəzifələrinin bir hissəsi olaraq, xalqı heyvan qurban kəsməkdən çəkinməyə çağırmış və bu ritualı simvolik olaraq Mərakeş xalqı adından özü yerinə yetirəcəyini bildirib. Lakin 2026-cı illə bağlı məlumat yoxdur.
Mürtəza