Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.
“Qafqazinfo” xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.
Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-nin “Kolumbus-Kru” klubunda davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.