Polşa Avropa müdafiə mexanizmi SAFE çərçivəsində 6,6 milyard avro məbləğində ilk ödənişi alaraq, bu proqram üzrə maliyyələşmə əldə edən ilk Avropa İttifaqı dövləti olub.
Bunu mayın 29-da Brüsseldə brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bəyan edib.
Vəsaitlər SAFE xətti üzrə Polşa üçün nəzərdə tutulmuş və 43,7 milyard avroya çatan ümumi maliyyələşmə həcminin 15 %-ni təşkil edir.
Avropa Komissiyasından bildirilib ki, avans ödənişi Varşavaya prioritet müdafiə investisiyalarını, silahlı qüvvələrin müasirləşdirilməsini və ümumavropa təhlükəsizlik vəzifələrinə uyğun olaraq dayanıqlılığın möhkəmləndirilməsini sürətləndirməyə imkan verəcək.
"Cebheinfo.az"