AZ

Məşhur futbolçu narkotik qaçaqmalçılığı ilə milyonlar qazanıb

Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes narkotik vasitələrin satışı ilə bağlı sövdələşmələrdə vasitəçilik edərək 8 milyon avro qazanıb.

Publika.az xəbər verir ki, “RTL Boulevard” nəşrinin məlumatına görə, Niderland prokurorluğu həmin vəsaitin Promesdən müsadirə olunmasını və ya onun əmlakına həbs qoyulmasını tələb edir.

Promes beynəlxalq narkotik ticarətində iştirak etdiyinə görə 6 il, qohumunu bıçaqladığına görə isə əlavə olaraq 1 il 6 ay həbs cəzasına məhkum edilib.

Seçilən
43
2
publika.az

3Mənbələr