Livanın cənubunda fəaliyyət göstərən İsrail ordusunun bölmələri bir neçə ərazidə Litani çayını keçərək əməliyyatlar aparırlar.
Moderator.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan-İsrail sərhədinə işgüzar səfəri zamanı bildirib.
"Qüvvələrimiz Litanini keçib. Onlar nəzarət mövqelərinə doğru irəliləyiblər. Biz Beyrutda, Bekaa vadisində bütün cəbhə xətti boyunca əməliyyat keçiririk və Hizbullaha sarsıdıcı zərbə endiririk", - deyə Netanyahu qeyd edib.
Onun sözlərinə görə, İsrail qoşunları bu ərazilərdə çox təsirli nəticələr əldə edirlər.