AZ

Ordumuz Litani çayını keçdi, əməliyyat aparır Netanyahu

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Livanın cənubunda fəaliyyət göstərən İsrail ordusunun bölmələri bir neçə ərazidə Litani çayını keçərək əməliyyatlar aparırlar.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan-İsrail sərhədinə işgüzar səfəri zamanı bildirib.

"Qüvvələrimiz Litanini keçib. Onlar nəzarət mövqelərinə doğru irəliləyiblər. Biz Beyrutda, Bekaa vadisində bütün cəbhə xətti boyunca əməliyyat keçiririk və Hizbullaha sarsıdıcı zərbə endiririk", - deyə Netanyahu qeyd edib.

Onun sözlərinə görə, İsrail qoşunları bu ərazilərdə çox təsirli nəticələr əldə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
axar.az

2Mənbələr