AZ

Blue Origin-in "New Glenn" raketi sınaq zamanı partladı

Blue Origin-in "New Glenn" raketi sınaq zamanı partladı

"Amazon"un təsisçisi, amerikalı milyarder Ceff Bezos tərəfindən qurulan kosmos şirkəti "Blue Origin"ə məxsus "New Glenn" raketi Florida ştatında həyata keçirilən mühərrik alışdırma sınağı zamanı partlayıb.

AFN.az xəbər verir ki, şirkətin "X" sosial media platformasındakı hesabından verilən bəyanatda gələn həftə planlaşdırılan missiya öncəsi Floridadakı Kanaveral burnu Kosmik Limanında aparılan mühərrik sınağı zamanı "New Glenn" raketinin partladığı bildirilib.

Ceff Bezos da öz növbəsində "X" hesabında qeyd edib ki, partlayışın səbəbi hələlik müəyyən edilməyib, hadisədən sonra lazımi təmir işləri aparılacaq və uçuş fəaliyyətləri davam etdiriləcək.

Rəsmilər hadisə zamanı xəsarət alanların olmadığını, ətrafa yayılan tüstü və qazların kütləvi təhlükəsizlik üçün hər hansı bir təhdid yaratmadığını diqqətə çatdırıblar.

Xatırladaq ki, "New Glenn" raketi aprelin 19-da yerinə yetirdiyi missiyada kifayət qədər təkan qüvvəsi təmin edə bilmədiyi üçün daşıdığı peyki doğru orbitə yerləşdirə bilməmişdi və bu uğursuzluqdan sonra ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən araşdırma başladılmışdı.

Seçilən
27
afn.az

1Mənbələr