AZ

Evdə biləyinizi iki barmaqla sıxın, əlinizi çəkəndən sonra... — Sağlamlıq testi

İsti havalarda orqanizmin suya olan tələbatı artsa da, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər maye qəbuluna xüsusi diqqət yetirməlidir. Terapevt Fyodor Yevdokimov bildirib ki, həm həddindən artıq su içmək, həm də susuzluq bu şəxslər üçün ciddi risk yaradır.

Həkimin sözlərinə görə, hüceyrə və damarlarda maye çatışmadıqda qan qatılaşır. Bu isə qan dövranının pisləşməsinə və trombların yaranmasına səbəb olur. Ürək xəstələri susuzluğu müəyyən etmək üçün adi susuzluq hissinə güvənməməlidir, çünki qəbul edilən bəzi dərmanlar bu hissi süni şəkildə yarada bilər.

Orqanizmdə suyun azlığını yoxlamaq üçün terapevt "dəri testi"ni tövsiyə edir:

Biləklə dirsək arasındakı nahiyədə dərini iki barmaqla yüngülcə sıxıb büküş yaradın.
Barmaqlarınızı çəkdikdən sonra dəri dərhal hamarlaşırsa, hər şey qaydasındadır.
Əgər büküş qalırsa və ya çox yavaş düzəlirsə, bu, bədəndə ciddi maye çatışmazlığının göstəricisidir.

Mütəxəssis vurğulayır ki, ürək xəstələri üçün gündəlik su norması həkim tərəfindən fərdi qaydada müəyyən edilməlidir. Çünki maye miqdarı xəstənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərindən və qəbul etdiyi preparatlardan asılıdır.

Demokrat.az
Seçilən
21
1
demokrat.az

2Mənbələr