AZ

​Avropa nəhəngindən Arda üçün 150 milyonluq təklif

"Çelsi"nin yeni baş məsqçisi Xabi Alonso "Real Madrid"in ulduzu Arda Güleri əsas heyətdə gormək istəyir. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin məşhur "Milliyet" qəzeti çıxış edib. KİV təcrübəli mütəxəssisin Ardanın transferinin reallaşmasında israrlı olduğunu yazıb. "Milliyet"in xəbərinə gorə, İngiltərə klubu bu keçidin baş tutması üçün "Real Madrid"ə 150 milyon avro transfer haqqı təklif etməyə hazirlaşır.

Qeyd edək ki, Arda Güler "Real Madrid"in heyətində 53 rəsmi matça çıxıb. 21 yaşlı futbolçu 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Seçilən
17
metbuat.az

1Mənbələr