AZ

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Moskva, 29 may, AZƏRTAC

İrəvan Avrasiya İqtisadi İttifaqdan (Aİİ) çıxmaq qərarına gəldiyi təqdirdə, Rusiya Ermənistanla iqtisadi inteqrasiya proseslərini dayandırmaq məcburiyyətində qalacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərindən sonra keçirilən mətbuat konfransında Ermənistanın Aİİ-də iştirakı və Avropa İttifaqı ilə yaxınlaşması perspektivlərini şərh edərkən bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan Aİİ-dən çıxdığı təqdirdə, Ermənistan vətəndaşları Rusiyada iş icazəsi almalı olacaq, respublikanın özü isə enerji təchizatı şərtlərində dəyişikliklərlə üzləşəcək.

Eyni zamanda, V.Putin Ermənistanın qəbul etdiyi istənilən qərarın onun suveren hüququ olduğunu və iki xalq arasındakı tarixi münasibətlərə təsir etməyəcəyini vurğulayıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
31
1
azertag.az

2Mənbələr