AZ

Lukaşenkonun Ermənistanla bağlı bu açıqlaması təəccübləndirdi

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Aİİ-yə üzv ölkələrin liderləri Ermənistan xalqının seçiminə hörmətlə yanaşırlar. Amma Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər Ermənistanın bu birlikdən ayrılmasını istəmirlər.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Bundan əvvəl Aİİ-yə üzv dörd ölkənin, Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderləri Ermənistanla bağlı birgə bəyanat qəbul ediblər.

“Hamımız eyni fikirdəyik: Ermənistanın Avrasiya İttifaqından çıxmasını istəmirik. Bununla yanaşı, Vladimir Putin də çıxışında vurğuladı ki, biz Ermənistanın seçim hüququna hörmətlə yanaşırıq”, — deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Aİİ liderləri Ermənistan xalqının verəcəyi qərara hörmətlə yanaşmağa hazırdırlar.

“Əgər Ermənistan xalqı birlikdən çıxmaq və gələcəkdə Avropa İttifaqı-na qoşulmaq qərarı versə, biz erməni xalqının iradəsinə qarşı gedə bilmərik”, — deyə Belarus lideri vurğulayıb.

Xatırladaq ki, mayın 9-da Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında İrəvanın Aİİ və Avropa İttifaqı arasında seçim etməsinin vacibliyini bildirib, tərəflər arasında sivil şəkildə ayrılıq ehtimalını da istisna etməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
www.bakupost.az

1Mənbələr