AZ

12 yaşlı oğlan anasına vəhşicəsinə hücum etdi - VİDEO

Türkiyədə çəkilən bu görüntülər böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, çəki problemi səbəbindən yemək yeməyi məhdudlaşdırılan 12 yaşlı oğlan öz anasına qarşı şiddət tətbiq edib.

Kadrlarda azyaşlının əsəbi halda anasının saçından tutaraq onu yerə yıxdığı, daha sonra isə yumruq və təpiklərlə hücum etdiyi görünür. Evdəki əşyaları ətrafa atan oğlanın mətbəxi dağıtdığı anlar da kameraya düşüb.

Görüntülərdə ananın özünü qorumaq üçün süpürgədən istifadə etməyə çalışdığı, lakin oğlanın süpürgəni onun əlindən aldığı əks olunub. Çarəsiz qadının “Mətbəximdən çıx!” deyə qışqırdığı eşidilir.

Hadisə zamanı evdə olan digər ailə üzvünün isə zorakılığa müdaxilə etmədən baş verənləri izlədiyi bildirilib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər istifadəçilər arasında ciddi narazılıq yaradıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr