AZ

İran mətbuatı: Trampın bəyanatları yalan və həqiqətin qarışığıdır

İran mətbuatı: Trampın bəyanatları yalan və həqiqətin qarışığıdır

ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma barədə iddiaları "yalan və həqiqətin qarışığıdır" və vəziyyəti Vaşinqtonun siyasi qələbəsi kimi qələm vermək cəhdidir.

AFN.az "Fars" agentliyinə istinadən xəbər verir ki, iranlı məlumatlı mənbələr "öhdəliyə qarşı öhdəlik" formulası üzrə hazırlanan saziş layihəsinin Tehranda son baxış mərhələsində olduğunu, lakin yekun qərarın hələ verilmədiyini bildiriblər.

Mənbələrin sözlərinə görə, Tramp sənədin əsas müddəalarını təhrif edərək İranın Hörmüz boğazını rüsumsuz açacağını və nüvə materiallarını məhv edəcəyini iddia etsə də, sənəddə belə bəndlər yoxdur. Tehran boğazı yalnız blokada qaldırıldıqdan sonra öz daxili nəzarət qaydaları çərçivəsində aça biləcəyini bəyan edib.

Bundan əlavə, Trampın gizlətdiyi mühüm şərtlərə əsasən, İrana məxsus dondurulmuş aktivlərdən 12 milyard dollar dərhal ödənilməli və Livanda "Hizbullah"ın mövqeyinə uyğun tam atəşkəs təmin olunmalıdır. Rəsmi Tehran ABŞ-a olan tam etmatsızlıq fonunda yalnız bu ilkin şərtlər yerinə yetirildikdən sonra öz "qırmızı xətləri" daxilində digər məsələləri müzakirə edəcəyini vurğulayıb.

Seçilən
46
afn.az

1Mənbələr