AZ

Qazaxıstan İrandakı zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Qazaxıstan İrandakı zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Qazaxıstan rəsmi Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə razılıq əldə olunacağı təqdirdə, İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarını öz ərazisində qəbul etməyə hazır olduğunu nümayiş etdirib.

AFN.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi məlumat verib.

Qrossi bildirib ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə bu həftə Astanada keçirdiyi görüş zamanı rəsmi Astana silah dərəcəsinə yaxın səviyyədə zənginləşdirilmiş bu ehtiyatları özündə saxlamaq istəyini ifadə edib. Agentlik rəhbərinin sözlərinə görə, BAEA-nın Qazaxıstanda beynəlxalq nəzarət altında fəaliyyət göstərən az zənginləşdirilmiş uran bankının olması bu materialların təhlükəsiz yerləşdirilməsi üçün lazımi infrastruktur imkanları yaradır və bu variant həm ABŞ, həm də İran üçün məqbul ola bilər.

Qeyd edək ki, sözügedən anbar nüvə silahlarının yayılmasının qarşısını almaq və BAEA-ya üzv dövlətlərin elektrik stansiyalarını yanacaqla təmin etmək məqsədilə 2017-ci ildə agentliklə əməkdaşlıq çərçivəsində açılıb.

Seçilən
51
4
afn.az

6Mənbələr