AZ

Məşhur reperdən pərəstişkarlarına böyük hörmətsizlik - VİDEO

Konsert proqramı üçün Türkiyəyə gələn dünyaca məşhur reper Kanye Uest davranışı ilə sosial mediada müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, məşhur sənətçini görmək üçün saatlarla hotelinin qarşısında gözləyən pərəstişkarları böyük məyusluq yaşayıb.

Belə ki, Kanye Uest onu qarşılayan izdihama heç bir reaksiya vermədən sürətlə hotelə daxil olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə reperin pərəstişkarlarının sevgi nümayişlərinə və alqışlarına qarşılıq vermədiyi, hətta onları görməməzlikdən gəldiyi əks olunub.

Həmin anların mobil telefonla lentə alınan videoları qısa müddətdə internetdə yayılıb və məşhur ulduzun davranışı istifadəçilər tərəfindən tənqid olunub. Bir çox sosial media istifadəçisi Kanye Uestin fanatlarına qarşı soyuq münasibət sərgilədiyini bildirib.

Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr