AZ

İran mediası: Trampın iddiasının əksinə, ABŞ ilə hələlik razılıq əldə olunmayıb

İran mediası: Trampın iddiasının əksinə, ABŞ ilə hələlik razılıq əldə olunmayıb

İran mətbuatı ABŞ Prezidenti Donald Trampın İranla razılığa gəlindiyi barədə bəyanatlarının əksinə olaraq, tərəflər arasında hələlik heç bir sazişin imzalanmadığını bildirib.

AFN.az xəbər verir ki, "Fars" Xəbər Agentliyi ABŞ ilə aparılan danışıqlardan məlumatlı olan mənbələrinə istinadən yaydığı xəbərdə Trampın İranla mümkün saziş barədə son iddialarının həqiqəti əks etdirmədiyini yazıb.

Sözügedən mənbələr Trampın bəyanatlarını "doğru ilə yalanın qarışığı" kimi xarakterizə edərək, ABŞ Prezidentinin saxta bir qələbə nümayiş etdirmək ssenarisi qurduğunu ifadə ediblər.

Memorandum mətninin "öhdəliyə qarşı öhdəlik" (qarşılıqlı prinsip) çərçivəsində hazırlandığını qeyd edən İran mənbələri Tehranın sənədi hələlik təsdiqləmədiyini vurğulayıblar.

Trampın İranın Hörmüz boğazını hər hansı bir rüsum tələb etmədən naviqasiyaya açacağı barədə iddiasının da əsassız olduğu, memorandum mətnində belə bir bəndin yer almadığı diqqətə çatdırılıb.

Mənbələr əlavə edib ki, İran yalnız dəniz blokadası tamamilə ləğv edildikdən sonra boğazı əvvəlcədən müəyyənləşdirilmiş öz daxili qayda və tənzimləmələrinə uyğun olaraq yenidən nəqliyyatın hərəkəti üçün açacaq.

Seçilən
22
afn.az

1Mənbələr