AZ

"Bu, tarixdə ən möhtəşəm, ən inklüziv və ən böyük dünya çempionatı olacaq"

Cianni Infantino qarşıdan gələn 2026-cı il dünya çempionatı ilə bağlı səs-küylü açıqlama verib.

Sportal.az xəbər verir ki, FİFA prezidenti öz açıqlamasında bunları qeyd edib:

“Bu, tarixdə ən böyük, ən möhtəşəm və ən inklüziv dünya çempionatı olacaq. Bu, sadəcə 3 ev sahibi ölkə və 16 şəhər, təkcə milyonlarla qonaq və milyardlarla tamaşaçı demək deyil. Bu ölkələrin hər birində dünya çempionatının ayrılmaz hissəsinə çevriləcək 25 icma olacaq. Onlar iştirakçı komandalardan bəzilərini qəbul edəcəklər.

Dünya çempionatı iki həftə sonra, 11 iyunda başlayacaq və 19 iyulda möhtəşəm final ilə başa çatacaq. Həmin gün kimsə bu unikal və əfsanəvi kuboku başı üzərinə qaldıracaq”.

saytlarin hazirlanmasi

Seçilən
17
1
sportal.az

2Mənbələr