AZ

Bu ərazidə keçmişə səyahət etmək olur

Dünyada elə bir nöqtə var ki, orada dayanıb cəmi bir neçə kilometr hərəkət etməklə keçmişə səyahət etmək mümkündür. Bəli, bu fantastik film ssenarisi deyil, tamamilə real bir coğrafi fenomendir.Metbuat.az xəbər verir ki, Sakit okeanın ortasında bir-birinə çox yaxın yerləşən iki ada var: Amerika Samoası və Müstəqil Samoa. Bu iki adanın arasında cəmi 160 kilometr məsafə var. Lakin onların tam ortasından "Beynəlxalq Tarix Dəyişmə Xətti" keçir.

Bu səbəbdən Amerika Samoasında təqvimlər bazar gününü göstərərkən, cəmi bir neçə dəqiqəlik uçuş məsafəsindəki Müstəqil Samoada artıq bazar ertəsidir. Yəni Müstəqil Samoada Yeni ili qeyd edən bir şəxs, dərhal təyyarəyə minib qonşu adaya uçsa, zamanı tam 25 saat geri çəkmiş olur və eyni Yeni ili həyatında ikinci dəfə yenidən qeyd edə bilir.

Seçilən
66
metbuat.az

1Mənbələr