Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Mingəçevir” elitaya vəsiqə uğrunda həlledici oyunda “Qəbələ”yə uduzdu. Məğlubların yarımmüdafiəçisi Abba Usman oyundan sonra Football-plus.az” ilə danışdı.- Oyunla bağlı düşüncələrin necədi?- Qələbə qazanmağa gəlmişdik. Məyus olduq. Məğlub olacağımızı düşünmürdük, lakin... Yenə də xoşbəxtik ki, pley-offa qədər irəlilədik.- Mövsüm ərzində göstərdiyiniz oyunu necə dəyərləndirərdin?- Mövsümün başlanğıcında bizim bir neçə problem və çatışmazlıqlarımız var idi. Lakin sonradan işlər yoluna düşdü. Pley-offda məğlub olsaq da, bura qədər gəldiyimiz üçün sevinirəm.İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.