AZ

"Barselona" İngiltərə nəhənginin əlindən o ulduzu qaçırtdı

"Barselona" hücum xəttini "Nyukasl Yunayted"in ulduz futbolçusu Entoni Qordon ilə gücləndirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ingilis hücumçunu heyətinə qatdığını rəsmən elan edib.

"Barsa" gənc vinger ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.

Karyerasına "Everton"da başlayan Qordon, daha sonra "Preston" və "Nyukasl Yunayted" formaları ilə Premyer Liqada böyük rəğbət qazanıb. "Nyukasl" forması ilə çıxış etdiyi 152 rəsmi matçda 39 qol və 21 məhsuldar ötürmə ilə yaddan qalan 25 yaşlı hücumçu, bu mövsüm isə meydana çıxdığı 46 oyunda 17 qol vurub və 5 asist müəllifi olub.

Seçilən
2
fanat.az

1Mənbələr