Kalininqradda içində 40 milyon illik quş lələyi olan nadir kəhrəba nümunəsi tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə Dünya Okeanı Muzeyi məlumat yayıb.
Muzeydən bildirilib ki, bu cür tapıntılara çox nadir hallarda rast gəlinir. Rusiyada quş lələyi olan cəmi iki kəhrəba nümunəsi mövcuddur.
Tapıntının alimlər üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunur. Çünki belə nümunələr qədim dövrlərin canlı aləmi və ekoloji şəraiti barədə əlavə məlumat əldə etməyə imkan verir.
Musavat.com
