AZ

43 yaşlı sabiq fransalı futbolçu vəfat etdi - "Tuluza əfsanələri” matçına yollanarkən

Frsansalı sabiq futbolçu Bryan Bergunyo 43 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, "Lion" akademiyasının yetirməsi olan və hazırda Le Havre AC klubunun məşqçi heyətində çalışan keçmiş hücumçu "Stadium de Toulouse" stadionunda baş tutacaq  "Tuluza əfsanələri” matçına yollanarkən özünü pis hiss edib.

Məlumata görə, o, avtomobildə huşunu itirib və xəstəxanaya çatdırılıb. İkinci tutmadan sonra vəfat edib.

Bergunyo karyerası ərzində "Lion" və "Tuluza" klublarında çıxış edib, həmçinin "Torino" və "Leççe" klublarında da oynayıb. O, Fransa U21 millisində 21 oyun keçirib.

saytlarin hazirlanmasi

Seçilən
48
1
sportal.az

2Mənbələr