AZ

Nyu-Yorkla Nyu-Cersi arasındakı tuneldə yanğın: 5 nəfər yaralandı - FOTO

Nyu-Yorkla Nyu-Cersi arasındakı Hadson tunelində iki Amtrak işçi qatarının toqquşması yanğına səbəb olub, 5 dəmiryolçu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə ABC şəhər nəqliyyat idarəsinin rəhbərinə istinadən məlumat yayıb.

Açıqlamaya görə, hadisə iki Amtrak işçi qatarının toqquşmasından sonra baş verib. Toqquşma nəticəsində elektrik sistemi zədələnib və tuneldə yanğın başlayıb.

Hadisəyə görə dünyanın ən işlək stansiyalarından biri sayılan Pensilvaniya vağzalında bir neçə istiqamət üzrə hərəkət bir neçə saat dayandırılıb.

Yanğın və hərəkətin məhdudlaşdırılması səbəbindən vağzalda böyük növbələr yaranıb.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr