ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Alman avtomobil istehsalçısı “Mercedes-Benz” və onun baş direktoru Toto Volff, şirkət “Otro Capital” investisiya qrupu tərəfindən tələb olunan qiymətdən məmnun olmadığı üçün “Alpine” komandasında pay əldə etmək üçün danışıqları dayandırıblar.
İdman.Biz-in BBC Sport-a istinadən verdiyi məlumata görə, “Otro Capital” öz payı üçün 720 milyon dollar tələb edirdi və bütün komandanı 3 milyard dollar qiymətləndirirdi. “Otro Capital” özü 2023-cü ilin iyun ayında payı üçün 200 milyon avro ödəyib.
Mənbəyə görə, “Mercedes”, zərərli şirkətlərin qiymətləndirilməsi üçün standart metoda əsasən, “Alpine” üçün ədalətli qiymətləndirməni 2,2-2,4 milyard dollar həndəvərində hesab edir. Müqayisə üçün, son sövdələşmələrdə “Mercedes” 4,6 milyard funt sterlinq (təxminən 6,2 milyard dollar), dünya çempionu “McLaren” isə 3,5 milyard funt sterlinq (təxminən 4,7 milyard dollar) olaraq qiymətləndirilib. Hər iki komanda qazanclıdır və 2026-cı il mövsümündə beş yarışdan sonra Konstruktorlar çempionatında beşinci yerdə qərarlaşan və 2025-ci ilin sonunda turnir cədvəlində sonuncu yerdə olan “Alpine”dən xeyli uğurludur.
“Renault”un mənbəyi BBC-yə danışıqların dayandırıldığını təsdiqləyib. “Mercedes” və Volff şərh verməkdən imtina ediblər.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.