AZ

PSJ prezidentindən "Real Madrid"ə rədd edilə bilməyəcək təklif

Fransa nəhəngi PSJ və İspaniya təmsilçisi "Real Madrid" arasında futbol dünyasını sarsıdacaq böyük bir mübadilə transferi planlaşdırılır.

Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xəlifi "Real"ın ulduzu Federiko Valverde ilə bağlı səs-küylü bir mübadilə müqaviləsini müzakirə etməyə tam hazırdır.

Uruqvaylı yarımmüdafiəçinin böyük pərəstişkarı olan fransızlar, Madrid rəhbərliyini danışıqlara cəlb etmək üçün hətta Joau Neveşi də bu sövdələşmənin bir hissəsi kimi qarşı tərəfə təklif edə bilərlər.

Hərçənd, "kral klubu" hələlik Valverdenin gedişinə olduqca istəksiz yanaşır və bu variantı nəzərdən keçirmək istəmir. Buna baxmayaraq, PSJ rəhbərliyinin transferi bitirmək üçün bütün mümkün yolları araşdırdığı və geri addım atmayacağı bildirilir.

Seçilən
19
1
fanat.az

2Mənbələr