AZ

ABŞ-İran anlaşması bir addımlıqda – əsas maneə açıqlandı

ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqlarda irəliləyiş olduğu bildirilir, lakin yekun qərar hələ verilməyib.

Musavat.com xəbər verir ki, Donald Trampın Ağ Evin Situasiya Mərkəzində müşavirləri ilə keçirdiyi görüş təxminən iki saat davam etsə də, konkret nəticə əldə olunmayıb.

Məlumata görə, ABŞ administrasiyası Tehranla razılaşmaya yaxın olduğunu hesab edir. Bununla belə, bəzi mühüm məsələlər, o cümlədən İran vətəndaşlarına aid dondurulmuş vəsaitlərin açılması məsələsi hələ də müzakirə olunur.

Qeyd edilir ki, Vaşinqton və Tehran arasında təmaslar davam edir və sazişin detallarına dair danışıqlar yekun mərhələyə daxil olub.

 

Musavat.com

Seçilən
10
50
musavat.com

10Mənbələr