AZ

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

"Qalatasaray" rəhbərliyi və texniki heyəti gənc ulduz Can Uzunun transferi üçün bütün imkanlarını səfərbər edib.

Fanat.Az türkiyəli jurnalist Emre Nalbanta istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk bu transferin reallaşmasına rəsmi olaraq yaşıl işıq yandırıb.

Klub prezidenti Dursun Özbek də gənc istedad üçün bütün maddi fədakarlıqları etməyə hazır olduğunu bildirərək, transfer büdcəsinin artırılması nöqtəsinə gəlib. İddiaya görə, Can Uzunun məhz "qalatasaray"a keçməsi üçün atası tərəfindən futbolçuya ciddi təzyiq göstərilir.

Lakin "Ayntraxt Frankfurt" gənc ulduzunu asanlıqla buraxmaq niyyətində deyil və onun transferi üçün tam 50-55 milyon avro tələb edir.

 

Seçilən
3
1
fanat.az

2Mənbələr