AZ

Güclü külək nəhəng ağacı aşırdı - video

Bakıda əsən güclü külək bəzi yerlərdə problemlər yaradıb.

Musavat.com-un məlumatına görə, Xətai rayonu, general Mehmandarov 74 ünvanının qarşısında irigövdəli ağac aşaraq binanın blokunun qarşısına düşüb. Avtomobillərin yaxınlığına aşan ağac xoşbəxtlikdən hər hansı ciddi hadisəyə səbəb olmayıb. Amma binanın qarşısındakı kiçik diametrli qaz xəttini zədələyib. Xəttin işlək vəziyyətdə olub-olmadığı bilinmir.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə ağacın ömrünü başa vurmaqda olduğunu və hər an təhlükə yarada biləcəyini desələr də, yaşıllıqlarla bağlı qaydaların sərtləşdirildiyi və bir neçə qurumun rəyinin gərək olduğu deyilərək bu barədə hər hansı tədbir görülməyib.

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr