AZ

İşğal bölgəsində benzin limiti tətbiq olundu – bir nəfərə cəmi 20 litr

Krımda Aİ-95 markalı benzinin satışı ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minib.

Musavat.com xəbər verir ki, mayın 30-dan etibarən bir yanacaqdoldurma məntəqəsində bir nəfərə maksimum 20 litr Aİ-95 benzini satılacaq. Məlumata görə, eyni şəxs gün ərzində həmin məntəqədən yalnız bir dəfə yanacaq ala biləcək.

Yerli hakimiyyət orqanları sakinləri benzin ehtiyatı toplamaqdan çəkinməyə çağırıb.

Məhdudiyyətin tətbiqi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

 

Musavat.com

Seçilən
71
musavat.com

1Mənbələr