Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Atletiko Madrid" klubu rəsmi sosial şəbəkə hesabında futbol dünyasında böyük şok yaradan və qısa müddətdə viral olan bir paylaşım edib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi "Barselona"nın ulduzu Lamin Yamal üçün rəsmi transfer təklifi göndərdiyini elan edib.
"Atletiko" gənc ulduzun müqabilində Kataloniya klubuna Bad Bunny konsertinə 4 bilet, 1 illik ABC abunəliyi və cəmi 1 paket ay tumu təklif edib. Klub bu zarafatcıl paylaşımın ardınca Rafinya və Pedri üçün də bənzər paylaşımlar yayımlayaraq hər kəsi heyrətləndirib.
Daha sonra rəsmi açıqlama yayan Madrid klubu bu saxta xəbərləri hazırlamağın cəmi 5 dəqiqə çəkdiyini bildirərək, "Həqiqətlərin təhrif olunduğu bir dövrdə yaşayırıq, xüsusilə "Barselona" ilə bağlı hər gördüyünüzə inanmayın" mesajı ilə mediada yayılan yalan transfer iddialarını rəsmən lağa qoyub.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.