“Atletiko Madrid” sosial media səhifəsində açıqlama yayaraq, son zamanlar bir futbolçusuna qarşı yönəlmiş yalan məlumatların yayılması ilə qarşılaşdığını vurğulayıb.
Publika.az xəbər verir ki, Madrid klubunun açıqlamasında bildirilir:
“Son aylarda oyunçularımızdan birinə qarşı qarayaxma kampaniyasından əziyyət çəkirik. Eqoist niyyətli sızmalar, “saxta xəbərlər”, daimi hörmətsizlik, xırda hekayələr uyduran tabloid təbliğat maşını, matçlardan əvvəl hakim qərarları… Amma təbii ki, hakimlər korpusunun vitse-prezidentini maaş siyahımızda saxlamaq (“Barselona” Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlərdə rüşvətxorluqda ittiham olunub) və ya oyunçuları qeydiyyatdan keçirmək üçün siyasi əlaqələrə əl atmaq (“Barselona” 2025-ci ildə Daniel Olmo və Pau Viktoru qeydiyyatdan keçirməkdə çətinlik çəkirdi) heç vaxt ağlımıza gəlməzdi. Hörmət və dəyərlərlə”.