AZ

Ağakişi qardaşları Avropa Kubokunun oyununu idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın “İzvidaç” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında baş tutacaq.

Seçilən
104
49
sportinfo.az

10Mənbələr