AZ

ABŞ İranın təxminən 1 milyard dollarlıq kriptovalyutasını müsadirə edib

BAKI, 30 may. TELEQRAF

ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana məxsus təxminən 1 milyard dollar dəyərində kriptovalyutanı blokladığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Reyqan İqtisadi Forumunda çıxışı zamanı danışıb.

"Zənnimcə, biz onların təxminən 1 milyard dollar dəyərində kriptovalyutasını müsadirə etmişik", - deyə ABŞ maliyyə naziri qeyd edib.

Bessent müsadirə edilən vəsaitin detalları və əməliyyatın hansı müddətdə həyata keçirildiyi barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Oman körfəzində İrana məxsus tankeri saxladığı barədə məlumat yayılmışdı.

Seçilən
91
teleqraf.com

1Mənbələr