AZ

"NBC News": ABŞ ordusu Hörmüz boğazında İran minalarının olmasını təsdiqləyə bilmir

ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazında minalar yerləşdirməsinə dair kəşfiyyat məlumatlarını və ölkə rəhbərliyinin bəyanatlarını hələlik təsdiqləyə bilmir.

"Far.Az" xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Amerika kəşfiyyatı ehtimal edirdi ki, İran tərəfi minaları boğazda ya fevralın sonunda başlanmış silahlı qarşıdurmadan əvvəl, ya da münaqişənin ilk günlərində yerləşdirib. Telekanal xatırladıb ki, Ağ Evin rəhbəri Donald Tramp və Amerika administrasiyasının nümayəndələri Tehranın bu strateji su yolunu minalamaq gücündə olduğunu mütəmadi olaraq iddia edirdilər.

ABŞ Silahlı Qüvvələri minaların aşkarlanması üçün dəfələrlə pilotsuz sualtı aparatlardan və aviasiya vasitələrindən istifadə etsə də, yalnız zahirən minaları xatırladan "bir neçə obyekt" aşkar edib. Bununla bərabər, "NBC News" qeyd edib ki, həmin obyektlərin, həqiqətən, mina olmasına dair təsdiq hələ də mövcud deyil.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani daha əvvəl vurğulamışdı ki, Hörmüz boğazını minalaması ilə bağlı Tehranın ünvanına səsləndirilən ittihamlar "tamamilə azdırıcı xarakter daşıyır və yalnız siyasi məqsədlər güdür".

Seçilən
37
far.az

1Mənbələr